Rusiya dönərdən imtina edir

Rusiya dönərdən imtina edir
Şou-biznes 1298

Rusiyanın ultra millətçi partiyası LDPR-in üzvü, Rusiya Sağlamlıq Komitəsinin sədri, deputat Sergey Furqal Rusiya vətəndaşlarını Türk mətbəxini boykot etməyə çağırıb. 

BAKU.WS-in məlumatına görə, deputat rusların konkret dönərdən imtina etməli olduqlarını bildirib. 

"Türk restoranları və Türk mətbəxini boykot etməliyik. Türkiyənin aqressivliyinə biz eyni cavabı verməliyik. Başda dönər olmaqla Türkiyə yeməkləri çox keyfiyyətsizdir. Onlar insan sağlamlığı üçün çox təhlükəlidir. Türkiyə saxta spirtli içki hazırlayır və vətəndaşları zəhərləməyi xoşlayır”, - deyə Furqal bildirib. 

Komitə sədri 2011-ci ildə 21 rus turistin Türkiyədə spirtli içkidən zəhərlənərək ölməsi faktını da xatırladıb. O, deyib ki, həmin zaman kifayət qədər aqressiv hərəkət etməyiblər. "Biz həmin vaxt Türk yeməklərindən imtina etməli idik", - deyə rus deputat bildirib. 

BAKU.WS

Oxşar xəbərlər

Rusiya KİV: Türk ordusu Qarabağa girməyə hazırlaşır

Rusiya KİV: Türk ordusu Qarabağa girməyə hazırlaşır

Rusiya ilə Türkiyə arasında Su-24 təyyarəsinin vurulmasından sonra yaranan münaqişə yeni çalarlar almağa başlayıb. BAKU.WS-in məlumatına görə, artıq Kommersan...

8279 Siyasət 10:41 28 noyabr 2015

Son xəbərlər