Rusiya hərbi gəmisindən türk qayığına atəş açıldı (VİDEO)

Rusiya hərbi gəmisindən türk qayığına atəş açıldı (VİDEO)
Video
Hadisə 1006

Dünən Rusiya Müdafiə Nazirliyinin "Smetlivıy” adlı hərbi gəmisi Egey dənizində qürk balıqçı qayığına atəş açıb.

BAKU.WS-in məlumatına görə, hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, rus hərbçiləri türk qayığının "Smetlivıy” gəmisilə toqquşmasının qarşısını son anda alıblar. Bu səbəbdən də, onlar qayıqda olanlar üçün havaya xəbərdarlıq atəşi açıblar. Rusiya hərbçiləri sürətlə hərəkət edən qayıqla gəmi arasında 1 kilometrdən də az məsafə qaldığını görüblər. Bundan sonra rus hərbçiləri türklərə xəbərdarlıq etmək istəyiblər. Lakin türk balıqçıları toqquşma təhlükəsini hiss etməyiblər. Bu səbəbdən də, rus hərbi gəmisindən xəbərdarlıq atəşi açılıb. Xəbərdarlıqdan sonra balıqçılar qayığın istiqamətini dəyişib və yollarına davam ediblər.

Ancaq türk balıqçı qayığının kapitanı atəş açılmadığını, daha doğrusu atəş səsini eşitmədiklərini söyləyib.  Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

BBC: "Azərbaycan tankları təmas xəttinə yerləşdirib"

BBC: "Azərbaycan tankları təmas xəttinə yerləşdirib"

"Azərbaycan tankları erməni qüvvələrilə sərhəd və təmas xəttində yerləşdirilib". BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan hərbi mənbələrindən BBC-nin A...

3078 Hadisə 16:39 11 dekabr 2015

Son xəbərlər