Qubada ağır yol qəzası olub, XƏSARƏT alanlar var - VİDEO

Qubada ağır yol qəzası olub, XƏSARƏT alanlar var - VİDEO
Video
Hadisə 1085
Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS report-a istinadən Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıqayıb kəndinin ərazisində baş verib.Belə ki, rayonun Ərməkiqışlaq kənd sakini, Ceyhun Nadirovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə, rayonun Ələmmədoba kənd sakini Nemət İsayevin idarə etdiyi "VAZ-21012" markalı avtomobil toqquşub.Nəticədə C.Nadirov hadisə zamanı özündən gedərək huşunu itirib. Digər avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər xəsarət alıblar. Yaralılar Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.Qeyd edək ki, yaralılar bir ailənin üzvləridir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər