Azərbaycanda ağır qəza – Yaralılar var - SİYAHI

20
iyl
2018
09:03
Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Noxudlu kəndi ərazisindən keçən yeni Ələt-Astara yolunda qeydə alınıb. “Niva” markalı avtomobillə “KİA” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.Onlar Cəlilabad sakini, 1990-cı il təvəllüdlü Səlimov Aləddin Camaləddin oğlu, Bakı sakini Məmmədov Vüqar Kamil oğlu, Neftçala sakini, 1976-cı il təvəllüdlü Babayev İltimas Qorxmaz oğlu, Bakı sakini, 1977-ci il təvəllüdlü Quliyev Səbuhi Ceyhun oğlu və Şirvan şəhər sakini Hüseynov Səbuhi Arif oğludur.Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Kürdəmirdə maşın aşıb, 5 nəfər yaralanıb - VİDEO
Kürdəmir rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunu...
