Qəzada yaralanan şəxsi xəstəxanaya aparan maşın qəzaya düşdü – Azərbaycanda tragikomik hadisə
31
avq
2018
12:20
Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.Belə ki, həmin ərazidə hərəkətdə olan “VAZ-2107” markalı 50-CC-042 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Ford” markalı avtomobil toqquşub.Hadisə nəticəsində ““VAZ-2107”nin sürücüsü, rayonun Həsənli kənd sakini, 1984-cü il təvəllüdlü Vəliyev Samil Ələşrəf oğlu ölüb, maşında olan sərnişin, rayonun Qardili kənd sakini 1958-ci il təvəllüdlü Şikarov İbad Bayramoğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.Yaralanan şəxsi xəstəxanaya aparan “Mercedes” markalı avtomobil rayonun Tale Davudzadə küçəsində (köhnə bazar) işıq dirəyinə çırpılıb, hadisə nəticəsində sürücü xəsarət alıb. Yaralı isə başqa maşınla Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstəxanaya çatarkən onun da öldüyü məlum olub.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏTLİ QƏZA – ölən və yaralanan var
Salyanda 1 nəfərin ölümü və 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə rayonun Kürsən...