Azərbaycanda DƏHŞƏTLİ QƏZA – ölən və yaralanan var

Azərbaycanda DƏHŞƏTLİ QƏZA – ölən və yaralanan var
Hadisə 2498
Salyanda 1 nəfərin ölümü və 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb. Belə ki, Ələt-Astara magistral yolunda hərəkətdə olan “Mersedes” markalı avtomobilə digər minik avtomobili arxadan çırpılıb. Nəticədə həmin minik avtomobilində olan bir nəfər şəxs hadisə yerində dünyasını dəyişib. “Mersedes”də olan, 1983-cü il təvəllüdlü, Qaradağ rayon sakini Qasımov Xəyal Əli oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər