Qubada iki avtomobil toqquşub, xəsarət alanlar var

Qubada iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə 1769
Quba rayonunda yol qəzası baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun rayonun Rostov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Daewoo Nexia" və "Renaut" markalı minik avtomobilləri toqquşub. Nəticədə birinci maşının sürücüsü - Qubanın Afurca kəndinin sakini, 1963-cü il təvəllüdlü Namiq Nəsrulla oğlu Siracov, həmçinin ikinci avtomobilin sürücüsü, 1954-cü il təvəllüdlü Hikmət Nəsirov və onun nəvəsi, 2002-ci il təvəllüdlü Rostov kənd sakini Aytac Ramil qızı Nəsirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.BAKU.WS

Son xəbərlər