Yol qəzası bir ailəni pərişan etdi – Ölən və yaralılar var

Yol qəzası bir ailəni pərişan etdi – Ölən və yaralılar var
Hadisə 808
Qobustan-Xilmilli yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, 1984-cü il təvəllüdlü Nemət Mahmud oğlu Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1974-cü il təvəllüdlü Yalçın Əlsahab Dünyamalıyevin idarə etdiyi “Mercedes-Benz E200” markalı maşın toqquşub.Qəza nəticəsində “VAZ-2107” markalı avtomobildə olan, bir ailənin üzvləri Qobustan rayon Cəyirli kənd sakinləri, 1988-ci il təvəllüdlü İlhamə Fərhad qızı Abdullayeva, 1984-cü il təvəllüdlü Nemət Mahmud oğlu Abdullayev, 2012-ci il təvəllüdlü Ayxan Nemət oğlu Abdullayev, 1977-ci il təvəllüdlü Mahrux Qılıncxan qızı Məcidova xəsarət alıblar. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Yaralılardan Mahrux Qılıncxan qızı Məcidova müalicə aldığı xəstəxanada ölüb.Faktla bağlı Qobustan rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə cinayət işi başlanıb. İstintaq aparılır.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda toy yasa döndü: Bir ailə məhv oldu - VİDEO

Azərbaycanda toy yasa döndü: Bir ailə məhv oldu - VİDEO

Avqustun 24-də, axşam saat 23:00 radələrində Göyçay-Bərgüşad avtomobil yolunun Göyçay şəhər ərazisindən keçən 2-ci kilometrində dörd nəfərin ölümü, yeddi nəfəri...

4620 Hadisə 11:57 25 avqust 2018

Son xəbərlər