Polisdən ƏMƏLİYYAT - Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb

Polisdən ƏMƏLİYYAT - Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb
Hadisə 1772
Ötən gün ərzində respublika ərazisində daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.“Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib”, – deyə məlumatda bildirilir.Qeyd olunur ki, respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 15 nəfər xəsarət alıb: “Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb”.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda əməliyyat – 17 nəfər saxlanıldı

Azərbaycanda əməliyyat – 17 nəfər saxlanıldı

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.Daxili İşlər Nazirliy...

3783 Hadisə 10:37 17 iyun 2018

Son xəbərlər