Nazir "Diqlas"dakı yanğının mənbəyini açıqladı
28
mar
2019
18:38
"Hadisədən dərhal sonra operativ olaraq yanğınsöndürənlər hadisə yerinə gəlib və ilkin tədbirlər həyata keçirilib”. BAKU.WS-in məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakının Nizami rayonundakı "Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilən müşavirədə söyləyib. Nazir deyib ki, yanğının mənbəyi ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönərxanadır: "Yanğının başvermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında əks olunub. Yanğının söndürülməsinə 35 yanınsönürən maşın və 3 helikopter cəlb olunub. Ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyə qədər əməl olunmayıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildə başlayaraq "Diqlas” ticarət mərkəzi və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, ticarət mərkəzində yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib, bu məqsədlə tələb edilən hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkoponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub". K.Heydərov qeyd edib ki, yanğının fəsadlarının aradan qaldırılması və ətraf binalara keçməməsi üçün bütün lazımi tədbirlər operativ qaydada həyata keçirilib: "Hadisənin başvermə səbəblərinin araşdırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcək və əldə olunan ilkin materiallar komissiyaya təqdim ediləcək”.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev “Diqlas”la bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərənc...