"8-ci km bazarı"ndakı yanğınla bağlı Səhiyyə Nazirliyindən RƏSMİ AÇIQLAMA – YENİLƏNİB
26
mar
2019
12:57
Bakı şəhərinin Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzində baş verən yanğın zamanı 6 nəfərin halı pisləşib.Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, halı pisləşənlərdən 2 nəfər ticarət mərkəzində mağazası olan sahibkarlardır. Digər 2 nəfər isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır.Hadisə zamanı halı pisləşən şəxslərə yardım edilib. Yaralanan bir nəfər isə xəstəxanaya yerləşdirilib.***10:52***"Hadisə zamanı insan təlafatı qeydə alınmayıb". Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, yanğın qeydə alınan əraziyə 6 təcili yardım briqadası cəlb olunub. Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə verilən məlumata görə, hadisə zamanı 1 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşı xəsarət alıb. Onu 3 saylı Sabunçu Xəstəxanasına aparıblar.Bundan başqa, bir neçə nəfər tüstüdən zəhərlənmə ilə bağlı təcili tibbi yardım həkimlərinə müraciət ediblər. Onlara ilkin yardım göstərilib.Qeyd edək ki, Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzinin damında başlayıb. Daha sonra yanğın güclənib və ətraf ərazilərə keçib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Ziya SƏCCAD BAKU.WS
Oxşar xəbərlər
"Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı SON XƏBƏR – VİDEO (YENİLƏNİB - 5)
Bakı şəhərinin Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.Bu barədə...