Bakıda 9 mərtəbəli binada yanğın – FOTO
                            
                                23
                                fev
                            
                                2019
                                12:26
                            
                            
                        Bu gün Bakıda 9 mərtəbəli binada yanğın hadisəsi baş verib.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonda baş verib.Hadisə rayonun Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi yaşayış binalarının birində baş verib.Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub. Alovun qarşısı alınıb və yanğın söndürülüb.Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə verilən məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.Faktla bağlı araşdırma aparılır.Ziya SƏCCADBAKU.WS


                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Bakıda 9 mərtəbəli binada yanğın
Bakıda yanğın qeydə alınıb.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, şəhərin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış...