Bakıda çoxmərtəbəli binada yanğın – 13 nəfərin halı pisləşdi YENİLƏNİB-1 - VİDEO

Bakıda çoxmərtəbəli binada yanğın – 13 nəfərin halı pisləşdi YENİLƏNİB-1  - VİDEO
Video
Hadisə 4169

Hadisə zamanı xəsarət alan 2 qadın Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Xəsarət alanların vəziyyəti stabildir, həyatı təhlükələri yoxdur.

***14.43Bakının Yasamal rayonunda çoxmərtəbəli binada başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının 5 briqadası göndərilib. Stansiyadan BAKU.WS-ə verilən məlumata görə, ümumilikdə hadisə zamanı 13 nəfər xəsarət alıb. 5 uşağa və 6 böyüyə yerində yardım göstərilib. 1 nəfər 3 aylıq körpə, 26 və 53 yaşlı qadınlar və 43 yaşlı kişi Taksikologiya şöbəsinə gətirilib vəziyyətləri orta ağırdır.

***13.48


Bakının Yasamal rayonunda çoxmərtəbəli binada yanğın başlayıb.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.

Ziya SƏCCAD
BAKU.WS

Oxşar xəbərlər

Bakıda qaçqınların məskunlaşdığı evlərdə yanğın – VİDEO

Bakıda qaçqınların məskunlaşdığı evlərdə yanğın – VİDEO

Bakı şəhəri, Sabunçu rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı evlərdə yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmə...

1527 Hadisə 09:14 20 fevral 2019

Son xəbərlər