"Diqlas"da baş verən yanğınla bağlı cinayət işi başlandı
27
mar
2019
12:23
"Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı cinayət işi başlanıb.BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən ONA-ya bildirilib. Verilən məlumata görə, faktla bağlı nazirliyin əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın olub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.BAKU.WS
Oxşar xəbərlər
Bakıda ticarət mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb - RƏSMİ
Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb.Bakı şə...