Bakıda 15 can alan dəhşətli yanğından iki il ötür
Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 2 il ötür.
BAKU.WS xəbər verir ki, 2015-ci ilin 19 may tarixində səhər saatlarında baş vermiş yanğın hadisəsinəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına səbəb kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilir.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.
Hadisədən sonra prezident tərəfindən baş verən yanğın faktı ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerini ziyarət edib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda istirahət mərkəzindəki uçqunla bağlı cinayət işi başlanıb
Bakıda istirahət mərkəzində baş verən uçqunla bağlı cinayət işi başlanıb. BAKU.WS-in məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultan...