Məhkəməsi olan Fədayə Laçının bacısı: “Ağır cəzadır” - Son qərar
28
iyn
2018
16:21
Bakıda məhbusların qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının cinayət işi üzrə istintaq yekunlaşıb. Yaxın günlərdə cinayət işi tanış olması üçün təqsirləndirilən şəxslərə təqdim ediləcək. Daha sonra isə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.Yenicag.az-a açıqlama verən İlahə Fəda bacısı ilə bağlı bunları deyib:“Ürəyinin saflığı üzündən başına bu işlər gəldi. Həmişəki sözümü təkrar edirəm: hakim nə qərar versə, o da olacaq. Fədayənin günahı varsa, cəzasını çəkəcək, yoxdursa, azadlığa çıxacaq. Fədayə 8 aydır ki efirdən, sevdiyi sənətdən, səhnədən, xalqdan ayrı düşüb. Elə bu çox ağır cəzadır. Onunla bu yaxınlarda görüşdüm. Özü də ümidlə yaşayır və azadlığa qovuşacağı günü gözləyir. İstintaq başa çatdı, görək nə olacaq?”BAKU.WS
Oxşar xəbərlər
Həbsdə olan Fədayə Laçın ağır xəstəliklə mübarizə aparır
Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının səhhətində problemlər yaşanır.BAKU.WS xəbər verir ki, bu barədə müğənninin və...