Həbsdə olan Fədayə Laçın ağır xəstəliklə mübarizə aparır

Həbsdə olan Fədayə Laçın ağır xəstəliklə mübarizə aparır
Şou-biznes 5952
Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının səhhətində problemlər yaşanır.BAKU.WS xəbər verir ki, bu barədə müğənninin vəkili Türkel Süleymanlı yenicag.az-a açıqlamasında bildirib:“Fədayə xanım hepatit xəstəsidir. Bilirsiniz ki, bu ağır xəstəlikdir, asanlıqla sağalmır. Xəstə mütəmadi olaraq dərman qəbul etməlidir. Fədayə xanım da ağır xəstəlikdən sağalmaq üçün müalicə olunur”.Vəkil istintaqın hələ də davam etdiyini bildirib: “İstintaqın bitməsini gözləyirik. Yekunlaşsın, məhkəməyə müraciət edəcəyik”.F. Laçının bacısı İlahə Fəda bacısı barədə danışmaq istəmədiyini bəyan edib.BAKU.WS

Son xəbərlər