Fədayə Laçın "hepatit c" xəstəsidir, həbsdə qalması təhlükəlidir
13
dek
2017
13:55
Fədayə Laçın Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə vəkil Türkel Süleymanlı deyib.O bildirib ki, F.Laçın "hepatit c" xəstəsidir: "Onun təcridxanada qalması səhhətinə pis təsir edir, həbsdə qalması təhlükəlidir. Ona görə də apellyasiya şikayəti verəcəyik. Əgər şikayətimiz təmin edilməsə, Fədayə xanımın müalicə müəssisəsinə köçürülməsi barədə müraciət edəcəyik. Fədayə Laçın istintaqa özü gəlib və saxlanılıb. O, nə istintaqdan yayınan deyil, nə də istintaqa təsir edə bilməz".Qeyd edək ki, bu gün Nəsimi Rayon Məhkəməsində Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.BAKU.WS
Oxşar xəbərlər
Fədayə Laçınla bağlı pis xəbər
Bu gün Nəsimi Rayon Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının müraciəti üzrə məhkəmə keç...