Fədayə Laçın bu gün azad oluna bilər - Qərar açıqlanır
13
dek
2017
12:17
Bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun icraatında olan prosesdə “oğru”ların konvot nəzarətindən qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır.BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, F. Laçın məhkəməyə gətirilib, özü də iclasda iştirak edir. Hazırda proses başlayıb.Baş Prokurorluğun məlumatına görə, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.Ə.Ağami Şirvan şəhərində həbs edilib, “Qoca”nın saxlanılması üçün keçirilən əməliyyat zamanı o, müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.BAKU.WS
Oxşar xəbərlər
Fədayə Laçın məhkəməyə müraciət etdi
Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın məhkəməyə müraciət edib.BAKU.WS xəbər verir ki, bu barədə "Re...