Fədayə Laçınla bağlı bu xəbər yalan çıxdı
02
fev
2018
08:24
Həbsdə olan müğənni Fədayə Laçınla bağlı hələ ki heç bir istintaq hərəkətləri aparılmır.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.Vəkilin sözlərinə görə, cinayət işi ilə bağlı Fədayə Laçının iştirakı ilə istintaq hərəkətləri aparılmayıb: "Hələ ki, Fədayə Laçın iş üzrə saxlanılan şəxslərin heç biri ilə üzləşdirilməyib. Fədayə Laçının bir vəkili var, o da mənəm. Mənim iştirakım olmadan Fədayə xanımla bağlı heç bir istintaq hərəkəti, üzləşmə aparıla bilməz. Vəkili olduğum vaxtlarda Fədayə Laçın heç kimlə üzləşdirilməyib".Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.BAKU.WS
Oxşar xəbərlər
Fədayə Laçından XƏBƏR VAR: Səhhəti yaxşı deyil
Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçın vəkili ilə görüşüb.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə açıqlamasında...