“Hər şey superdi...” - Arvadını döydüyü üçün həbs olunan idmançı (VİDEO)
16
fev
2019
13:15
Arvadını döydüyü üçün həbs edilən kikboks üzrə dünya çempionu Anar Süleymanov azadlığa buraxılması üçün apellyasiya şikayəti verib. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov baxıb və Nərimanov rayon məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb. A.Süleymanov həbsdə qalıb. Prosesdən sonra A.Süleymanov məhkəmə önündə dostları ilə görüşüb video çəkdirib. Görüntülərdən aydın olur ki, məhkəmə qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs olunan A.Süleymanova xüsusi nəzarət olunmur. O, dostları ilə danışıb video-müraciət etdikdən sonra sərbəst formada polis maşınına doğru gedir. Qeyd edək ki, A.Süleymanov Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlanma məntəqəsində cəzasını çəkir. Onun məhkəməyə gətirilib-aparılmasını həmin qurum həyata keçirir. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı 4 qat Dünya çempionu arvadını döydüyünə görə həbs edildi - FOTO
4 qat Dünya çempionu, Kikboks üzrə Azərbaycanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi Anar Süleymanov həbs edilib.BAKU.WS-in məlumatına görə, dünya...