Mehman Hüseynov sabah azadlığa çıxa bilər

Mehman Hüseynov sabah azadlığa çıxa bilər
Hadisə 4112
Sabah Ali Məhkəmədə video-bloqer Mehman Hüseynovun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxılacaq.BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, şikayət üzrə sabah saat 11:00-da, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar veriləcək. Vəkili Elçin Sadıqov "Azadlıq Radiosu"na açıqlamasında sabahkı prosesdə M.Hüseynovun azadlığa buraxıla biləcəyini qeyd edib.M.Hüseynov Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə həbs edilib.Suraxanı rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Hökmdən verilən apellyasiya şikayəti qüvvədə qalıb.Qeyd edək ki, M.Hüseynov yanvarın 9-da saxlanılıb və məhkəmə qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək, 200 manat cərimə edilib. Sərbəst buraxıldıqdan sonra o, saxlanılarkən işgəncələrə məruz qalması barədə müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə görə M.Musayev onun böhtan atdığını (Maddə 147.2: Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə) iddia edib və M.Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib.BAKU.WS

Oxşar xəbərlər

Mehman Hüseynovun məhkəməsi olub

Mehman Hüseynovun məhkəməsi olub

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib....

2731 Hadisə 19:27 11 aprel 2017

Son xəbərlər