Mehman Hüseynova rəsmən “stop” qoyuldu
Bu gün Suraxanı rayon məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin video-bloqqer Mehman Hüseynova qarşı verdiyi xüsusi ittiham qaydasında şikayətə baxılıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, şikayət məhkəmə icraatına qəbul edilib və M.Hüseynov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda iltizam tədbiri seçilib.
Məhkəmə prosesi fevralın 27-də davam etdiriləcək.
Qeyd edək ki, M.Hüseynov yanvarın 9-da saxlanılıb və məhkəmə qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 200 manat cərimə edilib. Sərbəst buraxıldıqdan sonra o, saxlanılarkən igəncələrə məruz qalması barədə müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə görə M.Musayev onun böhtan atdığını iddia edib və M.Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib.
BAKU.WS
Oxşar xəbərlər
Mehman Hüseynov 3 il azadlıqdan məhrum edilə bilər
Blogger Mehman Huseynov barəsində qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu verib. BAKU.WS-in Lent.a...