Nazirlik Mehman Hüseynovu məhkəməyə verdi
Daxili İşlər Nazirliyi blogger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında şikayət verib.
BAKU.WS-nin Lent.az-a istinadən verdiyi məlumatda vəkil bildirib ki, xüsusi ittiham qaydasında şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır. Məhkəmə hazırlıq iclası sabah saat 10.00 a təyin olunub.
Vəkil həmçinin onu da bildirib ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi onlara verilmədiyi üçün məhkəmə iclasını təxirə saldıracaq.
Qeyd edək ki, bir müddət əvvəl Mehman Hüseynov polis tərəfindən saxlanılmışdı. Ona İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham verilmiş və Nəsimi rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə edilmişdi.
Mehman Hüseynov məhkəmədən çıxan zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ona işgəncə verildiyini iddia etmişdi. DİN isə açıqlmasında bunun böhtan olduğunu qeyd edib.
BAKU.WS
Oxşar xəbərlər
Mehman Hüseynov ifadə verdi
Bloqqer Mehman Hüseynov yanvarın 12-də, saat 16:20-dən 19.30-dək Bakı şəhər Prokurorluğunda işgəncə şikayəti ilə bağlı ifadə verib. BAKU.WS "Azadlıq” radiosuna...