Mehman Hüseynovun şikayətinə baxılacaq tarix bəlli oldu
Bloger Mehman Hüseynov barəsində hökmdən verilən apellyasiya şikayətinə baxılacaq vaxt məlum olub.
BAKU.WS-in apa-ya istinadən xəbərinə görə, şikayətə martın 29-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, M. Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
M. Hüseynov Nəsimi rayon Polis İdarəsində saxlanılarkən təzyiqə məruz qalması barədə açıqlama verəndən sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
BAKU.WS
Oxşar xəbərlər
Əli Həsənov: "Mehman Hüseynov konkret cinayət əməlinə görə məhkum olunub"
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Mehman Hüseynovun həbsi ilə əlaqədar bəzi daxili və xarici...