Mehman Hüseynovun məhkəməsi olub

Mehman Hüseynovun məhkəməsi olub
Hadisə 2731
 

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynovun vəkilləri çıxış edərək onun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. M. Hüseynov isə çıxışında təqsiri olmadığını deyib.

Bundan sonra hakimlər müşavirəyə gediblər.

Məhkəmənin qərarı aprelin 12-də elan ediləcək.

Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

BAKU.WS

Oxşar xəbərlər

Mehman Hüseynovun məhkəməsindən xəbər var

Mehman Hüseynovun məhkəməsindən xəbər var

Səbail Rayon Məhkəməsində bloqçu Mehman Hüseynovun polis tərəfindən işgəncəyə məruz qalması barədə Bakı Şəhər Prokurorluğunun araşdırması nəticəsində cinayət iş...

3835 Hadisə 14:41 29 mart 2017

Son xəbərlər