Həbsdə olan Mehman Hüseynovdan XƏBƏR VAR
05
iyn
2018
17:06
Video-bloqqer Mehman Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Ali Məhkəmənin hakimi İmran Hacıqayıbov sədrliyi ilə keçirilən prosesdə Penitensiar Xidmətin konvoyunun M. Hüseynovu məhkəməyə gətirmədiyi məlum olub.Həmçinin, xüsusi ittihamçı və onun vəkili də prosesdə iştirak etməyib. Məhkəmə iyunun 25-də davam etdiriləcək. Qeyd edək ki, M. Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə həbs edilib. Suraxanı rayon məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.BAKU.WS
Oxşar xəbərlər
Eldar Mahmudova qarşı məhkəmə başladı
Bu gün Yasamal Rayon Məhkəməsində "MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı iddiası...