Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın söndürülüb

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın söndürülüb
Hadisə 441

Xəbər verildiyi kimi, paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***12:05

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***11:55

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.

Son xəbərlər