Evdə əri ilə meyiti tapılan AFFA-nin keçmiş prezidentinin bacısı öldürülübmüş - TƏFƏRRÜAT
24
fev
2018
13:35
Tovuz şəhərində yanğın baş vermiş evdə meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.BAKU.WS xəbər verir ki, APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. P. Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdır və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.Qeyd edək ki, yanğın hadisəsi ötən gecə Tovuz şəhərində ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə baş verib. Hadisə yerinə rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alov tez bir zamanda söndürülüb.BAKU.WS
Oxşar xəbərlər
Tovuzda ər-arvadın ölümünə səbəb olan yanğının təfərrüatı bilindi
Tovuz rayonunda ər-arvadın ölümünə səbəb olan yanğın hadisəsi baş verib.BAKU.WS xəbər veirr ki, FHN-nin Tovuz rayon Yanğından Mühafizə Hissəsindən “Report”un Qə...