SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuz rayonunda ər-arvadın ölümünə səbəb olan yanğın hadisəsi baş verib.

BAKU.WS xəbər veirr ki, FHN-nin Tovuz rayon Yanğından Mühafizə Hissəsindən “Report”un Qərb bürosuna verilə məlumata görə, fevralın 24-də səhər saat 9 radələrində rayon mərkəzindəki Mərdən Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, carpayı və divandan başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibinin və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyvanın yanaraq öldüyü məlum olub.

Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS