Azərbaycanda istirahət mərkəzində yanğın olub, turistlər evakuasiya edilib

Azərbaycanda istirahət mərkəzində yanğın olub, turistlər evakuasiya edilib
Hadisə 1859
Tovuz rayonunda istirahət mərkəzində yanğın olub. BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Şamlı kəndi ərazisində yerləşən "Narzan" ailəvi istirahət mərkəzində baş verib.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və əməkdaşları cəlb olunub. İlkin məlumata görə, istirahət mərkəzində 200 kvadratmetr ərazidə yerləşən 8 otaq və kafe yanıb. Yanğın nəticəsində yaxınlıqda olan beş iri gövdəli ağaclar da yanıb. Hadisə zamanı istirahətdə olan turistlər və istirahət mərkəzinin işçiləri evakuasiya edilib.Yanğının başvermə səbəbləri araşdırılır.BAKU.WS

Oxşar xəbərlər

“Sovetski”də ikimərtəbəli binada yanğın baş verib

“Sovetski”də ikimərtəbəli binada yanğın baş verib

Bakıda ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə Yasamal rayonunda, "Sovetski" kimi tanınan ərazidə, üçotaqlı mənzildə qeydə alınıb. Hadisə yeri...

1660 Hadisə 20:58 31 mart 2017

Son xəbərlər