“Sovetski”də ikimərtəbəli binada yanğın baş verib
31
mar
2017
20:58
Bakıda ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə Yasamal rayonunda, "Sovetski" kimi tanınan ərazidə, üçotaqlı mənzildə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.
Üçotaqlı mənzilin bir otağı tamamilə yanıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın söndürülüb - FOTO (YENİLƏNİB)
Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın söndürülüb. BAKU.WS-in APA-ya istinadən...