Azərbaycanda məmurun evi yandı: ölən və yaralanan var

Azərbaycanda məmurun evi yandı: ölən və yaralanan var
Hadisə 1927

Bərdə rayonunda fərdi yaşayış evi yanıb. "Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nüşabə küçəsində, Bilman Şadlinskiyə məxsus evdə baş verib.

Belə ki, noyabrın 23-dən 24-nə keçən gecə ikimərtəbəli evin birinci mərtəbəsində başlayan yanğın tezliklə 8 otaqlı evi bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Bərdə rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, ev sahibinin bibisi, 76 yaşlı Sülhiyyə Şadlinskaya yanaraq dünyasını dəyişib. Ev sahibinin həyat yoldaşı Aygun Şadliniskaya isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

İlkin ehtimala görə, yanğına evin birinci mərtəbəsində içərisinə qaz borusu quraşdırılmış odun sobası səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bilman Şadlinski Bərdə Rayon Məşğulluq Mərkəzinin direktorudur.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda güclü partlayış: yaralananlar var - FOTO

Azərbaycanda güclü partlayış: yaralananlar var - FOTO

Göyçay rayonunda fərdi yaşayış evində qaz sızması partlayışa və yanğına səbəb olub, bir ailənin 4 üzvü yanıq xəsarətləri alıb. Bu gün saat 08:00 radələrində ra...

1280 Hadisə 12:27 07 sentyabr 2016

Son xəbərlər