Bakının mərkəzində ev yanır: 1 ölü, 2 yaralı - FOTO (YENİLƏNİB)

Bakının mərkəzində ev yanır: 1 ölü, 2 yaralı - FOTO (YENİLƏNİB)
Hadisə 2075
 

Bu dəqiqələrdə keçmiş Sovetski küçəsinin ərazisində - M.Əliyev küçəsində şəxsi evlərdən biri yanır.

 

BAKU.WS virtualaz.org-a istinadən bildirir ki, yanğın nəticəsində ölənlər var, hazırda onların kimliyi və sayı müəyyənləşdirilir.

Yanğının aradan qaldırılması üçün FHN-in bir neçə yanğınsöndürən texnikası cəlb olunub, hadisə yerinə polis əməkdaşları gəlib.

Məlumata görə, yanğına qazla ehtiyatsız davranma səbəb olub. Xatırladaq ki, bu gün profilaktik işlərlə əlaqədar "Azəriqaz" İB Bakının bəzi yerlərinə təbii qaz verilişini dayandırmışdı. Yanğının baş verdiyi evdə qaz plitəsinin açarları açıq qalıbmış. Evlərə qaz verilişi bərpa olunarkən yanğın baş verib.

***

APA-nın məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Nəriman Nərimanov küçəsindəki beş otaqlı evdə baş vermiş yanğın zamanı ev sakini, 1936-cı il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızı tüstüdən boğularaq ölüb.

Onun gözlərinin görmədiyi bildirilir.

S. Quliyevanın həyat yoldaşı Balağa Quliyev və oğlu, Hacıağa Quliyev yanıq xəsarətləri alıblar.

Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Yanğın baş vermiş əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın söndürülüb.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda sərnişin avtobusu yandı (VİDEO)

Bakıda sərnişin avtobusu yandı (VİDEO)

Bakının Xətai rayonunda avtobus yanıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Xocalı prospektində, "Xətai" metro stansiyasının qarşısında qeydə alınıb. D...

1602 Hadisə 10:54 26 fevral 2016

Son xəbərlər