İçki məclisində ürəyindən bıçaqlanaraq öldürülən Asifin FOTOsu - YENİLƏNİB

İçki məclisində ürəyindən bıçaqlanaraq öldürülən Asifin FOTOsu - YENİLƏNİB
Foto
Hadisə 2880
Dünən axşam Tovuz rayonunda bir nəfərin öldürülməsi ilə nəticələnən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü İbrahimov Asif Eldam oğlu mübahisə zəminində rayon sakini Fəxrəddin Məmmədov tərəfindən ürəyindən bıçaqlanaraq öldürülüb. İlkin məlumatlara görə, hadisə Kür çayı ətrafındakı kafelərdən birində istirahət zamanı baş verib. Belə ki, öldürülən Asif İbrahimov dostu ilə yeyib-içən zaman onların məclisinə qətli törədən F.Məmmədov və dostları yaxınlaşıb. Bir müddətdən sonra tərəflər arasında mübahisə baş verib. Asif İbrahimov öncə döyülüb, daha sonra isə öldürülüb. Qətli törədən F.Məmmədov hadisədən dərhal sonra ərazidən uzaqlaşıb. Tovuz rayon Polis Şöbəsi əməkdaşları onun yerini 4 saat aparılan axtarışdan sonra müəyyən edərək həbs edib. F.Məmmədov ilkin ifadəsində qətli törətdiyini etiraf edib. Faktla bağlı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.***09:43Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, insident zamanı 1987-ci il təvəllüdlü İbrahimov Asif Eldam oğlu ürəyindən bıçaqlanıb.Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da yolda keçinib.İlkin məlumatlara görə, hadisə Kür çayının yaxınlığında yerləşən kafelərdən birində baş verib.Hadisəni Faxrəddin Məmmədov adlı şəxs törədib. Hazırda qətli törədən şəxsin istintaqa cəlb olunması istiqamətində Tovuz rayon Polis Şöbəsi tərəfindən əməliyyat axtarış tədbirlərinə başlanılıb.

Oxşar xəbərlər

Tovuzda rəisin polis oğlunu bıçaqladılar (YENİLƏNİB)

Tovuzda rəisin polis oğlunu bıçaqladılar (YENİLƏNİB)

Kür çayının sahilində 3 nəfərin bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, bıçaqlanan şəxslərdən...

3538 Hadisə 22:32 10 oktyabr 2019

Son xəbərlər