Kafe sahibi 20 manatın üstündə müştərini bıçaqladı
06
avq
2019
08:04
Tovuzda kafe sahibi həmkəndlisini bıçaqlayıb.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.1985-ci il təvəllüdlü Məhərrəm Məmmədov həmkəndlisi 1990-cı il təvəllüdlü Asif İsmayılovu bıçaqlayıb.Nəticədə A.İsmayılov ağır vəziyyətdə Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.Qan itirən yaralı əməliyyat olunsa da, onun vəziyyəti ağır qiymətləndirilir.İlkin məlumatlara görə, Asif İsmayılovun hadisəni törədən kafe sahibi Məhərrəm Məmmədova 20 manat pul borcu olub.Mübahisə də məhz bu səbəbdən düşüb.Nəticədə M.Məmmədov A.İsmayılova 4 bıçaq zərbəsi vurub.Keçirilən əməliyyatla M.Məmmədov saxlanılıb.Faktla bağlı cinayət işi açılıb.
Oxşar xəbərlər
Azərbaycanda yeniyetmə salam vermədiyinə görə bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Cəfərli Nihat Ceyhun oğlu bir neçə bıçaq yaras...