Bakıda “Cənub Kafe”də qanlı hadisə
14
fev
2019
09:21
Ötən gün Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib.BAKU.WS xəbər verir ki, hadisə fevralın 13-də gecə saat 01 radələrində “Cənub Kafe” adlı kafeda baş verib.Həmin kafedə 1988-ci il təvəllüdlü Mübariz Məmmədov naməlum şəxslə mübahisə edib. Mübahisə nəticəsində həmin şəxs onun baş və qarnına 2 bıçaq zərbəsi vurub.Hadisə nəticəsində Mübariz Məmmədov ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.Faktla bağlı Sabunçu rayon Polis İdarəsində 126.1-ci maddəsilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Restoranın qarşısında qanlı qətl – 21 yaşlı oğlanı öldürdülər
Lənkəranda qətl hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, hadisə ötən gün qeydə alınıb. Dünən 1997-ci il təvəllüdlü Şaman Balayev qətlə yetirilib.Araşdırmalar...