Bakıda avtobus sürücüsünü dayanacaqda bıçaqladılar

Bakıda avtobus sürücüsünü dayanacaqda bıçaqladılar
Hadisə 1747

Bakıda marşrut avtobusunun sürücüsü dayanacaqda bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib. 

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu rayonun Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə olan dayanacaqda naməlum şəxslə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və R.Məmmədov 2 bıçaq zərbəsi alıb. Çoxlu qan itirən R.Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Qeyd edək ki, R.Məmmədov 163 nömrəli marşrut avtobusunun sürücüsüdür.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda sərnişin avtobusları TOQQUŞDU - Yaralılar var

Bakıda sərnişin avtobusları TOQQUŞDU - Yaralılar var

Bakıda iki sərnişin avtobusu toqquşub. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində 178 nöm...

2253 Hadisə 18:41 02 fevral 2017

Son xəbərlər