Bakıda qanlı gecə: qardaş qardaşın qəsdinə durdu
03
noy
2015
08:57
Bu gecə Bakının Xətai rayonunda bıçaqlanma olub. BAKU.WS-in məlumatına görə, Zığ qəsəbəsinin Naximov küçəsində yaşayan 35 yaşlı Rövşən Məmmədovla qardaşı Əvəz Məmmədov arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Əvəz Məmmədov qardaşını bıçaqlayıb. O, qardaşına bir neçə zərbə endirib. Ağır yaralanan Rövşən Məmmədov dərhal xəstəxanaya yerləşdirilib.
Xətai rayon Polis İdarəsinin əməkdaşları Əvəz Məmmədovu tutublar.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda polisləri gülləbaran etdilər: 1 polis yaralandı
Bu gecə Bakının Xətai rayonunda polis əməkdaşları gülləbaran edilib. BAKU.WS-in məlumatına görə, bir neçə silahlı şəxs polislərin olduğu əraziyə hücum edib. Si...