Bakıda qardaşları borc üstündə bıçaqladılar
Bakının Suraxanı rayonunda iki qardaş borc üstündə bıçaqlanıb.
BAKU.WS-in məlumatına görə, Əmircan qəsəbəsində 31 və Elşən və 30 yaşlı Elçin İsrafilov qardaşları ağır bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Elşən İsrafilov aldığı xəsarətlərdən dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, qardaşaları köhnə tanışları 1991-ci il təvəllüdlü İbrahim Dadaşov bıçaqlayıb. İlkin ehtimala görə, İbrahim Dadaşovla qardaşlar arasında borc üstündə mübahisə düşüb. Hadisəni törədən şəxs saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Toyda oynamaq üstündə kütləvi dava düşdü
Bərdə rayonunda keçirilən toy mərasimlərindən birində kütləvi dava düşüb. BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hadisə rayonun Buəhmədli kəndin...