Bakıda avtobus dayanacağa girdi: ölən və yaralananlar var

Bakıda avtobus dayanacağa girdi: ölən və yaralananlar var
Hadisə 2967

Bakıda sərnişin avtobusu qəza törədib, ölən və yaralanan var.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu yüksək sürətlə gələrkən idarəetməni itirərək əvvəlcə dayanacaq yaxınlığında olan taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı avtomobilin sürücüsü Mahmud Cəfərovu, sonra isə onun avtomobilini vurub. "Mercedes" markalı avtomobil zərbənin gücündən Bakı Olimpiya Stadionunun ərazisinə düşüb. M.Cəfərov hadisə yerində ölüb. İdaretməni itirən avtobus dayanacağa çırpılıb. Nəticədə dayanacaqda avtobus gözləyən sərnişin - 49 yaşlı Zülfüqarova Mələk ağır kəllə-beyin travması alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda dəhşətli qəza - Sərnişin avtobusları toqquşdu

Bakıda dəhşətli qəza - Sərnişin avtobusları toqquşdu

Bakıda iki sərnişin avtobusunun iştirakı ilə zəncirvarı qəza baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonu, Qara...

4331 Hadisə 11:17 22 noyabr 2016

Son xəbərlər