Bakıda daha bir avtobus qəzası - ölən və yaralananlar var
Bakıda daha bir avtobus qəzası baş verib.
BAKU.WS xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirşağı-Mehdiabad yolunda qeydə alınıb. Pirşağı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Allahverdi Məmmədov idarə etdiyi "Daewoo” markalı minik maşını İlham Əhmədovun idarə etdiyi "Daewoo” markalı 179 saylı xətt avtobusu ilə toqquşub. Nəticədə A. Məmmədov hadisə yerində ölüb, sərnişinləri - həyat yoldaşı İnarə Məmmədova və qızı, 1993-cü il təvəllüdlü Qumru Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakının mərkəzində sərnişin avtobusu qəza törətdi: ana öldü, qızı yaralandı
Bu gecə Bakıda ağır yol qəzası baş verib. BAKU.WS-in lent.az-a istinadən məlumatına görə, Yasamal rayonu ərazisində, Parlament prospektində 63 saylı xətt üzrə...