22 yaşlı gənci ürəyindən bıçaqladılar

22 yaşlı gənci ürəyindən bıçaqladılar
Hadisə 1146
Tovuzda 22 yaşlı gənc ürəyindən bıçaqlanıb.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən 1997-ci il təvəllüdlü rayonun Hunan kənd sakini İsmayıl Məmmədov ürək nahiyyəsindən bıçaq zərbəsi alıb.Yaralı ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat edilib. Vəziyyəti ağır olduğundan onu Gəncədəki özəl xəstəxanalardan birinə gətirilməsi planlaşdırılır. İlkin ehtimala görə İ.Məmmədovu həmkəndlisi söyüş üstündə bıçaqlayıb. Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

18 yaşlı gənc borca görə dostunu bıçaqladı

18 yaşlı gənc borca görə dostunu bıçaqladı

Şəmkirdə qeydə alınan bıçaqlanma faktının bəzi detalları məlum olub.BAKU WS-in bölgə muxbirinin verdiyi məlumata görə 1998 ci il təvəllüdlü Malik Abdullayev şəx...

651 Hadisə 11:07 09 avqust 2019

Son xəbərlər