Gəncəyə toya gələn qonağı belindən vurdular

Gəncəyə toya gələn qonağı belindən vurdular
Hadisə 733
Gəncədə bıçaqlanma faktı qeydə alınıb.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə dünən gecə saatlarında qeydə alınıb.Samux rayon sakini 2002-ci il təvəllüdlü Hüseynov Zakir İsmayıl oğlu naməlum şəraitdə bıçaqlanıb.Yaralı ətrafdakıların köməyilə Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin bel nahiyyəsindən 3 bıçaq zərbəsi aldığı bildirilir.Hadisəni törədən şəxs və ya şəxslərin kimliyi hələlik bilinməsədə Zakir Hüseynovun toy mərasimindən çıxanda bıçaqlandığı deyilir.Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.

Oxşar xəbərlər

Son xəbərlər