Təndiri yandırmaq istəyən qadın evi partlatdı – Yaralı var
02
iyl
2019
11:29
Gəncə şəhərində mənzillərin birində qazın partlaması nəticəsində qadın ağır yanıq xəsarətləri alıb.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün Cavad Xan qəsəbəsində təxminən saat 09:30-da qeydə alınıb.1961-ci il təvəllüdlü Gəncə şəhər sakini Flora Həşimova evdə təndiri yandırarkən, güclü partlayış baş verib. Qadın müxtəlif yanıq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib.Yaralının vəziyyətinin ağır olduğu, onun 3-cü dərəcəli yanıq xəsarətləri aldığı bildirilir.Yaralının Bakıdakı xəstəxanalardan birinə aparılması nəzərdə tutulub.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
SON DƏQİQƏ: "Bolmart"da partlayış - Bir nəfər yandı
Gəncədə marketlərdən birində partlayış baş verib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə hadisə Şah İsmayıl Xətair prospektində yerləşən "Bolmart"da...