Bakıda 86 yaşlı qadın diri-diri yanıb öldü
30
iyl
2018
11:35
Bakıda yaşlı qadın ehtiyatsızlıqdan yanaraq ölüb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 3, ev 14-də baş verib.Həmin evdə yaşayan 1932-ci il təvəllüdlü Səfərzadə Ziba Əlağa qızı evdə olarkən naməlum şəraitdə üzərindəki paltarları alışıb.Ağır dərəcəli yanıq xəsarətləri alan qadın Respublika Yanıq Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən mərkəzdə dünyasını dəyişib.Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda faciə: “Konduktor” avtobusdan yıxılıb öldü
Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Müse...