Bakıda 32 yaşlı qadın döyülüb

Bakıda 32 yaşlı qadın döyülüb
Hadisə 1487
 

Bakının Sabunçu rayonunda 32 yaşlı qadın döyülüb.

BAKU.WS "Report"a istinadən bildirir ki, hadisə Pirşağı qəsəbəsi, Yeni sahə adlanan yerdə baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Paşayeva Könül Vahid qızı evində naməlum şəraitdə döyülüb.

O, ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsində araşdırma aparılır. Qadının vəziyyəti ağır olduğundan, onu dindirmək mümkün olmayıb.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda sərxoş kişi divanın altında qalıb

Bakıda sərxoş kişi divanın altında qalıb

Bakıda 37 yaşlı kişi üzərinə divan düşməsi nəticəsində ağır xəsarət alıb. BAKU.WS "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Ş...

1372 Hadisə 18:33 31 mart 2017

Son xəbərlər