Bakıda toya dəvət olunmadan gələn qonaq döyülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda toy mərasiminə dəvət olunmadan gələn şəxs döyülüb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Dəniz" şadlıq sarayında qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Əzimov Mübariz Famil oğlu tanımadığı şəxsin toy mərasimində iştirak edib. O, yeyib-içdikdən sonra qonaqlarla mübahisə edib. "Çağırılmamış qonaq" elə bəyin qohumları tərəfindən döyülərək həyətə çıxarılıb.
Ağır xəsarət alan M.Əzimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, M.Əzimov hadisə vaxtı sərxoş olub.
Faktla bağlı araşdırma aparılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda evə basqın: ev sahibini uşaqlarını öldürəcəyi ilə şantaj etdilər
Bakıda maskalı şəxslər evə basqın ediblər. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi 12-ci mədən, Əmir Bağırov küçəsində baş verib. Bel...