Bakıda evə basqın: ev sahibini uşaqlarını öldürəcəyi ilə şantaj etdilər

Bakıda evə basqın: ev sahibini uşaqlarını öldürəcəyi ilə şantaj etdilər
Hadisə 1817

 

Bakıda maskalı şəxslər evə basqın ediblər.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi 12-ci mədən, Əmir Bağırov küçəsində baş verib.

Belə ki, iki maskalı şəxs burada yerləşən fərdi evin pəncərəsinin sındırılması yolu ilə içəri daxil olub. Onlar ev sahibəsi 33 yaşlı Şahverdiyeva Pakizə Məhəmməd qızına polisə xəbər verəcəyi halda üç azyaşlı uşağını öldürəcəyi ilə təhdid ediblər. Evdən qızıl-zinət əşyaları, məişət avadanlığı aparılıb. P.Şahverdiyeva qorxaraq azyaşlı övladları ilə birgə Sabunçu rayonunda yerləşən anasının evinə gedib.

O, evin mətbəxində özünə bıçaqla bir zərbə vurub. P.Şahverdiyeva ağır xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb.

Qeyd edək ki, hadisə vaxtı ev sahibi Allahverdi Şahverdiyev evdə olmayıb. O, fərdi şəkildə beynəlxalq karete yarışlarında iştirak edir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər