“ABU Petrol”a silahlı basqın: külli miqdarda pul oğurlanıb
02
okt
2015
12:07
Bakının Sabunçu rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı hücum olub.
Sabunçu rayon Polis idarəsindən BAKU.WS-ə verilənm məlumata görə, hadisə dünən ABU Petrol yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Məntəqəyə "VAZ” markalı avtomobillə daxil olan 3 maskalı şəxs orada çalışan işçiləri hədələyib və külli miqdarda pul oğurlayaraq qaçıblar. Hadisə barədə məlumat daxil olan kimi araşdırmalara başalanılıb. Hazırda dəyən ziyan və qarəti törədənlərin tapılması üçün araşdırma aparılır. Faktla bağlı cinayət işi başlanıb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda qız özünü hərəkətdə olan maşından atdı
Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Cəbrayıl Cəbrayılov idarə etdiyi "Fiat Doblo" markalı avto...